İnsaf ver, ey həsud, insaf,Tə'n etmə ki, cövhərin degil saf!

Əhvalımı gör xərabü müztər,Ənduhi-zəmanədən mükəddər.

Söz dairəsi degil bu əhval,İnsaf mənə kim, olmazam lal.

Məndən təmə etmə fıkri-saib,Əhvalımadır sözüm münasib.

Azdır demə cövhəri-səfasın,Bir sor ki: "Nə verdilər bəhasın?"

Billah, gər olaydı bir xiridar,Min gənci-nihan qılardım izhar.

Filcümlə bu həm ki, oldu məstur,Bir şövq ilə zövqdən degil dur.

Eybi hünər ixtiyar qılma!Şe'rim həsədin şüar qılma!

Bihudə yetər, təərrüz eylə,Gər qadir isən, cəvab söylə!

Tərk eylə təərrüzü inadiKim, vadiyi-cəhldir bu vadi!

Dəm xeyr sözündən ur dəmadəm,V'ər xeyr deməzsən - əbsəm, əbsəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets