Neçə illərdir səri-kuyi-məlamət bəkləriz,

Ləşkəri-sultani-irfaniz, vilayət bəkləriz.

Sakini-xaki-dəri-meyxanəyiz şamü səhər,

İrtifa’i-qədr üçün babi-səadət bəkləriz.

Cifeyi-dünya degil kərkəs kimi mətlubumuz,

Bir bölük ənqaləriz, Qafi-qənaət bəkləriz.

Xab görməz çeşmimiz əndişeyi-əğyardən,

Pasibanuz, gənci-əsrari-məhəbbət bəkləriz.

Surəti-divar edibdir heyrəti-eşqin bizi,

Qeyr seyri-bağ edər, biz künci-möhnət bəkləriz.

Karivani-rahi-təcridiz, xətər xövfin çəkib,

Gah Məcnun, gah mən dövr içrə növbət bəkləriz.

Sanmanız kim, gecələr bihudədir fəryadımız,

Mülki-eşq içrə həsari-istiqamət bəkləriz.

Yatdılar Fərhadü Məcnun məsti-cami-eşq olub,

Ey Füzuli, biz olar yatdıqca söhbət bəkləriz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love