Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz,Cigər pərkaləsində daği-pünhan olduğun bilməz.
Həbibim könlümü cəm’ eyləməz rüxsarı dövründə,Məgər zülfü kimi halim pərişan olduğun bilməz?
Qılır təqsir edib bir lütf hərdəm könlüm almaqdan,Vəfa rəsmin sanır düşvar, asan olduğun bilməz.
Gözəllər dövləti-vəslin bulub, məğrur olan aşiqNişati-vəsldə ənduhi-hicran olduğun bilməz.
Dili-sədparədən bidad kəsməz qəmzeyi-məstin,Nə qafil padişəhdir, mülk viran olduğun bilməz.
Sanır zahid özün xali xəyalından, qələtdir bu,Bu heyran olduğundandır ki, heyran olduğun bilməz.
Maqta — the closing couplet bearing the poet’s pen name. Füzuli xəstəyə düşmən sözilə dust cövr eylər,Zəhi sadə, müariz qövlə böhtan olduğun bilməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-fegan-kim-bagrimin-ol-lalerux-qan-oldugun-bilmez
Use ← → keys to move, R for a random poem