Qayıt, dedim
Bir bahara əl uzatdım, bir qışaQayıt, dedim, qayıtmadı.Bir səhraya qəfil düşən yağışaQayıt, dedim, qayıtmadı.
Yazımın son bənövşəsi – küsənim,Günəş sənin, torpaq sənin, su sənin.«Ay ətrindən doymadığım süsənim,»Qayıt, dedim, qayıtmadı.
İnadına qamçı vurub ötürmə,Uçan dağın daş ömründən ömür nə?Qaya yıxdım, bir də qaya ömrünəQayıt, dedim, qayıtmadı.
Daş ayıltdı, su kiritdi bu havar:Qocalığa nə tələsək, bu ha var.Gəncliyimi harayladım bu hava:Qayıt, dedim, qayıtmadı...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-qayit-dedim
Use ← → keys to move, R for a random poem
More by this author
Qələmim yol çəkə, dağ yara bilmir,Yoxdu sözlüyümdə sözdən ayrı dən.
Bağışla, dəniz!Şəninə nə qədər şer yazmışam,Sahil qumlarına şüar yazmışam.
Dalğa sındıran qayaTofiq Mahmuda*Min illərdir hikkə qırır hikkəsi onun,
Dağ qopdu yerindən...Dağ uçdu – uçunma, vaysınma hədər,Qopanı saxlamaz nə güc, nə qılıq.
Poems by other poets · Nature and spring
Gözəllər sultanı, ay Səlbi xanım,Sallanışın bir mahala əvəzdi.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Bəsdir yetər axir!Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!
Götür saqi, meyi-gülfami, doldur cami-zərrinəGötür saqi, meyi-gülfami, doldur cami-zərrinə,Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə.