Qönçə bələklərdə gül saxlanırdı,Üstünə şəfəqlər saçılacaqdı.İçində böyüyüb, pardaqlanırdıBaharı görüncə açılacaqtı...

Gəldiği kimi də qayıdar bahar,Ötən fəsillərə baxma acıgla.Açılan güllərə neçə göz baxar,Açar gözümüzü gözü açıqlar.

Dünyaya gəldimi, uçan ox olar,-Ömrün son mənzili verilib nişan!Böyüyüb-böyüyüb yaşıl zoğ olar,Gül kimi içindən açılar insan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring