Quşlar, yorulanda qonun çiynimə.Qonun əllərimə yorulanda siz...Uçun əllərimdən qızıl vaxt kimi,Uçun ömrüm kimi səssiz-səmirsizQonun əllərimə yorulanda siz...

Elə ağaclar da quşlara bənzər-Cücərən yarpaqlar- quş qanadları,Amma ayaqları torpağa bağlıMavi yuxusunda qara toprağınUçarlar gecələr qollu-budaqlı...

Qonun əllərimə yorulanda sizQorxmayın əllərim bənzəsə tora.Qorxmayın əllərim dönsə qəfəsəQonun əllərimə yorulanda siz!

Mən yaxşı bilirəm azadlıq nədirTorun ləzzəti də mənə tanışdır.Qəfəsə salınan yorgun ürəyimHələ də uçmağı unutmamışdır.Qonun əllərimə yorulanda siz!...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets