Arzuya umut var, kilidə açar,Bu dünya qurulub binadan belə.Toxum göyərdimi kökündən qaçar,Uşaq doğuldumu anadan belə.

O kimdi payızda danar yazını,Tamah çoxlarını nankor eyliyər.Bu necə zamandı, qız anasını,Oğul atasını inkar eyliyər.

Yerimək öğrəndi yer ehtiyacdan,Suyu-bulaq olub gözündən qaçar.Qaçar işıq-gündən, meyvə-ağacdan,Qaçan da elə hey özündən qaçar.

Üfüqdə buludlar ala-taladı,Qar yağıb həyəti-bacanı tutar.Qaçanı tanıdık, qovan bəladı,Bəla da bəladan qaçanı tutar.

Tale yollarında batıb çıxarıqHər çıxan batanı təkrar eyliyər.O necə tarixdir, bu necə tarixElə tutduğunu təkrar eyliyər.

Mənzilə kim yetər, kim düşüb qalır,Bu bezər sevincdən, o qəmdən qaçar.Körpə cavan olur, cavan qocalır,Cəm təkə çevrilir, tək cəmdən qaçar.

Nə sirr saxlayandı, nə könül açır,Kilid özündəndi, açar özündən.Toxum qönçə olur, qönçə gül açır,Beləcə bu dünya qaçar özündən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring