Sən mənə bağlısan, ölsəm, ölərsən,Məni bu dünyaya gətirən eşqim.Sevgisiz sən kimsən özün bilirsən,Sevgisiz mən kiməm,mən kimim,heç kim...

Dəysin ürəyimə düşmən gülləsi,Şehli çəmənlərə yıxılıb yatım.Dönsün damarlara rüzgarın səsi,Qanlı damlalarla sönsün həyatım...

Damlalar cismimi toprağa tiksin,Baxtımdan qaralsın ağ buludları.Çəmənlər üstünə uzanıb yatım,Uzanım, qanımı içsin otları...

Ömür əvəzinə içsin qanımı,Torpağın canında acıq qalmasın.Ölüb məzarımı üstümə çəkim,Qürbətin qapısı açıq qalmasın...

Vətən yoxluğumu duysun anındaFərqi nə, bədənim qürbətdə yatsın.Mən yatım, baxtım da yatsın yanımda,Bir az aralıda şöhrət də yatsın...

Siz gedin, bu gecə mənimlə qalsın,Qalsın buludları göz yaşlarıyla.Kölgə saqqalıyla qarşı dağları,Göyü ulduz-ulduz baxışlarıyla...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love