Bəlkə qönçəsindən çıxmazdı çiçək,Aldanıb səhərin yelinə gəldi.“Əlvida” deməyi bacardı, demək,Qəlbindən keçənlər dilinə gəldi...

Çiçəkdən çiçəyə gedib gələndi,Həyat fəlsəfəsi- “bəyən, at” sözü.

Onun misalında qafiyələndiQadın bədəniylə “xəyanət” sözü.

Bilərsən qəlbindən gəlib keçəniEləki saçının rəngi dəyişər.Əvvəlcə bədəni dəyişər səniSonra da telefon zəngi dəyişər.

Əzəldən kül alta qalan közüydüSona saxalamışdı ürək sözünü.Əvvəl qadınlığın mələk üzüydü,Sonra da göstərdi şeytan üzünü...

Təzədən bir fürsət düşsə əlinəEdən etdiyini daha bəd eylər.Qoşulub payızın xəzan yelinəYarpaqlar bahara xəyanət eylər.

Arzusu oğurluq bir görüşdüsəƏlinə düşəcək ilk fürsət yetər.Hardansa ağlına bir şey düşdüsəBədəni ardınca qul olub gedər...

Payız hesabımı keçmiş anların,Bahar tapdığını itirmiş demək..Önü “sədaqətlə” başlayanların,Sonu xəyanətlə bitirmiş demək.

Bilmədik hər dərdin dərmanı vaxtmış.Yanıb yaxılmalar daha nə imiş...Onsuz da o güllər soluxacaqmışPayzın yelləri bəhanə imiş...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring