Ceviz ahtarardıq payız gələndəXəzələ dönərdi gün yavaş-yavaş.Bir həsrət nəğməsi enərdi kəndə:-“Ağ daş, qara daş,mənə bir yoldaş.”Tapmadım,tapmadım,tapaydım ey kaş...

Bəs niyə ruhumda qəm dolaşırdıNə idi könlümdə gülüb-ağlayan?!Dilim topuq çalıb,fikrim çaşırdıƏlimi-qolumu nəydi bağlayan?Qorxuram baxtımı qozda sınayamVurub çürük çıxa o ümit,-Allah.Ayağım altında qəm xəzəlləriBaşımın üstündə tərəddüt, Allah.Bu tale qisməti-ceviz falıdı,-Cüt gəlsə, istəyim çin olmalıdı,Tək gəlsə,tək gəlsə...ağ daş, qara daşSaydım düz gəlmədi,gəleydi ey kaş...

Xəzəllər cığırın qızıl başmağı,Köhnə şalvarımın balaqları yaş...Ümid közərərdi sinəmdə tək-tək,Ağ daş, qara daş:-Tapsam döyüşlərdən atam dönəcək,Tapmasam,tapmasam,tapaydım ey kaş...

Yarpaqlar payızın həsrət əlləri,Yarpaqlar-göylərin yerə minnəti.Beləcə çevirib mis xəzəlləri

Beləcə gəzərdim o ilk qisməti,Beləcə, qardaş!-Tapmadım,tapmadım,tapaydım ey kaş!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets