Baxtıma təşəkkür eləyirəm mənƏhdinə solaxay dostlarım üçün.Sevinçlərim üçün, yaslarım üçün.Verdim ürəyimi yaz çəməninə,Qəfləti dolunu yaddan çıxardım,Əyrilik yolunuyaddan çıxardım.Meşədə aslana, şirə güvəndim,Hələ açılmamış sirə güvəndim,Çaqqalı, tülkünü yaddan çıxardım,Yerüstü bölgünü yaddan çıxardım.

Deyirlər pərvanə yığışar şama,Bircə anlığına o şamı söndür.Söndür, o alışan inamı, söndür,Gör kimdi arayıb axdaran səni:Milçəklər şirəyə qonur deyirlər,Bacara bilirsən sil o şirəni...

Bir gün taleyini yuyub sərərlər,Batarsan,hardansa dalğıçlar kimi“Dostların” yalandan boy göstərərlər.

Sonra, o şam kimi,o şirə kimi,Bir uzaq, bir həzinxatirə kimi

Sönməyin qalar.Su içən toyuğa dönməyin qalar.

Yenə təbiətın səbri tükənməz,Günü var, ayı var,o da təsəlli.

Düzü, dolayı var,o da təsəlli,Qışın çiləsindən salamət çıxanYazı var, yayı var,o da təsəlli...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets