Gözlərin çağlayan sevgi dəniziGörənin açılar bəti-bənizi.Qalxız kipriyini gülsün dan üzüAğ qara üstündən halə gözəldir.

Səhərin şehində gəz ayaqyalın,Meh əssin çiyninə sürüşsün şalın.Ayrı ləzəti var yaşılla alın,-Zəmilər içində lalə gözəldir.

Çəkməzsən qəhrini varın, yoxun sən.Şirin bir nəğməsən əgər oxunsan.Dönüb qızıl olar daşa toxunsan,-Səni sayə salan tale gözəldir.

Həsrət dənizinin adası mənəm.Sən eşqin özüsən, sədası mənəm.Qara gözlərinin qadası mənə,-Gözəldən gələcək bəla gözəldir.

Yar ol dərd bilənə, yar olanda da,Yoluna göz diksin yorulanda da.Eləsinə vurul vurulanda da,-Desinlər, ay Məmməd əla gözəldir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love