Deyersiz
Baxarsan ağarar gözün qarası,Baxdın ya baxmadın iz qalmaz suda.Bir ömür- axşamla sabah arası,Sabah xoş gördükmüş, axşam əlvida.
Ömrüm keçib gedir dar bir boğazdan,Bu dəniz gözümdə büyüdür qəmı.Gözdən itəcəyəm, yoxam bir azdan,Həsrət sularında mənəm o gəmi.
Dəyərsiz, bilmədik ömür sürəliVaxtın söz sovunda, çat ha çatında .Atadan, anadan, yardan irəli
Varmış sevgilisi Vətən adında.
Deyərsiz, dərt sürdü, ömür sürmədi,Axırda mənzilə yetdi diyərsiz.O, bu zəmanədən söz götürmədi ,Başını götürüb getdi diyərsiz.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-deyersiz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
دارم هزار شوق که بینم رقیب را
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Olurİki sevgi bir-birini sevəndə,Aralıqda şirin möhübbət olur.
Ey səba, gəl bir xəbər ver cane, canan xandadırEy səba, gəl bir xəbər ver canə, canan xandadır?Şəhri-könlüm oldu viran, ona sultan xandadır?