Ölümü kimsə sevməzdi,Şairlər yazmadan öncə.

Ölüm deyib düşmə hayaSoruşma nerdən gələcək.Bir zamanlar bu dünyayaGəldiyin yerdən gələcək.

Qohumluq qandan gəlirsəYadlıq da qandan gələcək.Yuxu hayandan gəlirsəÖlüm o yandan gələcək.

Dünyaya gəlim qismətiDünyada qalım dərdimi?Bilməmişkən ölüm nədiÇəkdiyin ölüm dərdimi?

Yaşmağa ömrün ardıTapınmağa pirin ola.Gəlməyə bir yerin vardıGetməyə bir yerin ola...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death