Səndə murazına çatdı vaxt, vədə,Sevən ürəyimin səndin ilk haqqı.Bilmirsən, aradan illər keçsə dəBoynumda haqqın var, şairlik haqqı...

Getdin, ıraq oldun, ortaq olmadın,Yolumun yoldaşı sonsuz bir dərdə.Olmadığın yerdə həsrətdin, qadın,Bilməm nə olmusan olduğun yerdə...

Verdiyin o dərdin dalınca getdim,Çoxaldı dünyada bir adı batmış.Etdim, qədərimlə zarafat etdim,Qədərlə zarafat pis zarafatmış...

Sevib, sevilməmək bir aldanışsa,Və...sonra önündə ümidsə çağlar...Yaxşısı budur ki, susum.DanışsamGedib gözlərində xatirəm ağlar...

Çəkilməz həsrətin- saçımdakı dən,Ağlıma gələnlər başıma gəlmiş:Sevdiyin gözəlin bəlkə özündən,Uzaq xatirəsi daha gözəlmiş...

Sağalmaz yaraymış sevgi yarası,Əlim nə arana, nə dağa çatar.Xəyalım qürbətlə vətən arası,Yollarda başını girləyən qatar..

Tale gözü qıpıq, ömrün dadı yox,Nə varsa tükənib getdi səhvlərdə:Biz tərəflərdə bunun adı yox,Bilməm nə deyirlər siz tərəflərdə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love