Sən olsan, zamanın nə həddi vardı,Tanıya qapımı ixtiyarlığı.Sən yoxsan, arada qürbət divardıMəni yox etmədə yoxun varlığı..

Qürbətmi, qismətmi araya düşən,Düşüb eşqimizi fəs edib demə.Zalım zərurrətdi bizi bölüşən,Gəl bunun adına təsadüf demə.

Falçının falında yanıldı zəndi,Tale də bir ayrı yeriş yeridi.Sənin həsrətinə qürbət vətəndi,Ayrılıq səninlə görüş yeridi.

Mənəm qəribsəyən qürbət qarında,Baxıb əl eyləyən yaz başında sən..Qarışan yuxumun göz yaşlarında,Yatdığım yastığın yaddaşında Sən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation