Eşq
Süd arxı çəkirdi Fərhad Şirinə,O nə süd arxıydı sormadın, gözəl.Getdin özgələrin görüş yerinə,Sən onun fərqinə varmadın, gözəl.
Kaşki yetməyəydi, yetdi hədəfə,Önündə Gün çökdü, Ay parçalandı.Bu onun kəşfiydi bəlkə ilk dəfə:Bomboz həqiqətlər apağ yalandı...
Bilərdin qismətin hansı biridir,Bir gözdə görsəydin iki görüşü.Bəlkə də bu dünya günah yeridir,Gələn bu günahın toruna düşür.
Nə varsa keçmişin ayaq səsindəÜzünü bozardar saçında ahın.Hələki könlünün bir köşəsində,Təzə yer eləyir köhnə günahın
Çəkir sevənləri sınağa Tanrı,Hər kəsin suçunu üzünə çəkir.Mayası çamurdan yoğrulanlarıŞeytan gölməçəsi özünə çəkir.
O dünya, bu dünya, hardadı sərhəd,Bisutun dağımı qılınca gəlib?Orda yaddan çıxıb qalıb həqiqət,Gələn yalanların dalınca gəlib..
Eşqin yaranışdan boynu bükülü,Sevginin sirdaşı dərddi köhnədən.Nədən yer üzünün ən gözəl gülü,Gedib bataqlığa kök atır, nədən?
Axırda pərvanə aldadır şamı,Sorma niyəsini-son niyəsizdi...Başını şəhvətlə girləyir hamı,Düşüb yerdə qalan eşq yiyəsizdi...
Bu dünya kimləri dərdə salmadı?Fərhada dönürmüş sevgi yasaqla.Ona yaşamağa bir yer qalmadı,Onu heç olmasa yadında saxla...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-esq
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gizilti keçer çiçekden, ottanKülek de çemende ağ arı kimi.
Pəncərənim önündə göz yaşı tökər payız...Bu səs mənim səsimmi, ya taleyin səsimi,Ruhun gizli sirri var hər insanın səsində.
GoyqurşağıGöy-gövsü-qüzeh,Altdan keçəsən.
İşdi qayıda bilsənİşdi qayıda bilsənBu yazın o üzündə