Goyqurşağı
Göy-gövsü-qüzeh,Altdan keçəsən.Ot üstündə şehAlıb içəsən.
Arzuya çatar,Eşitmədin sən?Göy qurşağınınAltından keçən...
Getmə desə dəYadın-yaxının.Ardınca qoşdunGöy qurşağının.
Durdun, o durdu,Qaçdın, o qaçdı.Sən yarıyoldaO dağı aşdı.
Baxt gövsü-qüzehBaxan, çox oldu.Ot üstündə şehVardı, yox oldu.
Günün bələniAşan çağıymış.Yetməyən arzuGöy qurşağıymış.
Nə səmir, nə səs,Nə gövsü-qüzeh.Ömür nəydi bəs
Ot üstündə şeh...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-goyqursagi
Use ← → keys to move, R for a random poem