Hərrac bazarında udur, uduzur,Haçandan canına hopub bu qüsur?Elinin üstündə ölüm qorxusu,Evinin üstündə əsir bu millət.

Hərdənbir sazını çalıb, yaşadır.Məğlub tarixini qalib yaşadır.Ona nə ad versən alıb yaşadır:-“Şair” bu millətdir, “nasir” bu millət.

Bu günə gəlməzdi, tale gətirir.Qəlbindən keçəni dilə gətirir.Özü öz başına bəla gətirir,Sonra da özündən küsür bu millət.

Qını qılıncsızdır, üzüyü qaşsız.Yüz ildi bostanı keçinmir daşsız.Aşçısı aşsızdır, başçısı başsızİtirib özünü gəzir bu millət.

Qumara qoyulub torpağı, daşı.Sabaha ümidi-gözünün yaşı.Şeytan ilgəyinə ilişib başıÖzü öz əlində əsir bu millət.

Hələ arzuları toz içindədirHələ demədiyi söz içindədir.Bilmir çıxış yolu öz içindədirÖzgə ümidinə yesir bu millət.

Əməli əməlim, adı adımdırÇətində barıtı bircə atımdır.Beləcə “ver yeyim , gözlə yatımdır”,Beləcə “hazıra nazir” bu millət.

Gecəsi hansıdır, bu günü günsə?Dinlisi dinsizdir-ümidi dinsə.Üstünə ələnən bu daş səninsə

İlahi, bəs necə dözür bu millət.

Dildə gah “bəlidir”, gah “baş üstədir”,Könüldə haqdan da daş-baş istədi.Hələ bir daş altda, bir daş üstədir,Üz-üzə dayanıb bu sirr, bu millət..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland