Bir vaxt “beş-daş” oynayardı,“Top aldı-qaç” oynayardı,“Çilik-ağac” oynayardı…Hələ də söznən oynayıraltmış yaşında bu dəli…

Uşaq idi, uşaq qalıb,Dünyaya baş-ayaq gəlib;Dünyanın dərdi önündəHələ də baş-ayaq qalıb.

Gedib gül ilə oynamır,Şirin dil ilə oynamır…Əli pul ilən oynamırAltmış yaşında bu dəli..

Sözlərə qarışıb başı,Sözdü qoxumu, qardaşı.Ağılsız söznən uğraşırAğlı başında bu dəli…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice