Əsası, mənası, təbi, təməli,Dünyanın cümləsi ay nədən oldu?Gövhəri, cövhəri, əsli, əməli,Sirlər xəzinəsi ay nədən oldu?

Əsiri olmuşam bir məhəbbətin,Çətinə əhsəndi, əhsənə çətin,Kainatın, gözəlliyin, ziynətin,Əmələ gəlməsi ay nədən oldu?

Danışmayan nəsi, çəkməyən bəhsi,Sözünün cümləsi, verən həvəsi,Dilində kəlməsi, dürrün danəsi,Ayələr sinəsi ay nədən oldu?

Həqiqət elminə kim qoydu maya,Getdi ziynət verdi ərşi-əlaya,Məhəbbəti nə gətirdi araya?Sevən sevilməsi ay nədən oldu?

Kim oldu sahibi elmi-kamalın?Əyilməz vüqarın, pozulmaz halın.Qurğunun, büsatın, cahü-cəlalın,Mehribanlıq səsi ay nədən oldu?

Miskinli Vəlinin var məhəbbəti,Sevir həqiqəti, unutmaz qəti,Yerin, Göyün, Ayın, Günün ziynəti,Bu nəzmin nəfəsi ay nədən oldu?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love