Səslənir
Guşuma bir səda gəldi,Əcayibdən səslənir.Bir dəryaya körpü saldım,Yarısı qan səslənir.Doqquz yola heyran oldum,İki bəndərgahı var,Dindirəndə bir diliylə,Doxsan nişan səslənir.
Yeddi gəzdim, yeddi yazdım,Yeddisin ayan dedim.Səkkiz atdım, səkkiz tutdum,Səkkizinə can dedim.İki aldım, iki verdim,İkisin pünhan dedim.Bu sözlərim həcvi deyil,Həqiqətdən səslənir.
Vəli deyir: - bir dəryadı,Girmək olmaz gölü var.Bir cəsədə heyran oldum,Ayağı yox, yolu var.Bir otaqdı dörd aynası,Hər birinin gülü var.On səkkizə sirri qaldım,Bir qüvvətdən səslənir.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-seslenir-2
Use ← → keys to move, R for a random poem
More by this author
Sən dedin: Doymuram dünya malından,Mən dedim: – Çəkdiyim bəsdi dünyada.
CeyranıOvçu insaf eylə tökmə qanını,Qıyma qatarından qala ceyranı.
Mən dedim, sən dedinSən dedin: Ləblərin şəhdi, şirindi,Mən dedim: – Acıdı, canlar alandı!
Lalasıdırmı?O büllur buxağın, qaymaq dodağın,Yanağın dağların lalasıdırmı?
Poems by other poets
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
ƏzizimHicran dustağıyam, dərdə giriftar,Bu dərdimi kimsə bilməz, əzizim!