Sən dedin:  Doymuram dünya malından,Mən dedim: – Çəkdiyim bəsdi dünyada.Sən dedin:  Gedərəm nəfsin dalınnan,

Mən dedim: – Səbrimi kəsdi dünyada.

Sən dedin:  Gözümü dikmişəm zərə,Mən dedim: – Sözümü yazdım dəftərə,Sən dedin:  Ucalım qalxım göylərə,Mən dedim: – Quruca səsdi dünyada.

Sən dedin:  Hər yandan gətirə əlim,Mən dedim: – Danışa, dürr tökə dilim,Sən dedin:  Hər kəsə xoşdu əməlim,Mən dedim: – Ellərə dostdu dünyada.

Sən dedin:  Ürəkdən sevirsən kimi?Mən dedim: – Həqiqət açır qəlbimi,Sən dedin:  Aləmə adil hakimi,Mən dedim: – Eyləməz qəsdi dünyada.

Sən dedin:  Nə isə, Miskinli Vəli,Mən dedim: – Düşünür axrı, əzəli,Sən dedin:  Sevirəm əsil gözəli,Mən dedim: – Mərifət şəstdi dünyada.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets