Aparır
Bax bu ana torpaq bəşərə candı,Can verdiyi küllü canlar aparır,İstəklisi, dostu, mehribanıdı,Mehribandı, mehribanlar aparır.
Seçmir, ayrı tutmur yaxşı, yamanı,Düz, əyrini, qanmayanı, qananı,Bacını, qardaşı, ata, ananı,Çəkilmir hesabı sanlar aparır.
Fikiri, məqsədi, işi belədiDurub ilqarından dönmür əbədiFizulini, Nizamini, SəmədiÇox alimlər, qəhrəmanlar aparır.
Qalaları, bürcü, barı dağıdır,Karvanı, qatarı, varı dağıdır,Səflər pozur, hökmüdarı dağıdır,Səltənətli Süleymanlar aparır.
Miskinli Vəliyəm düşmüşəm bəndə,Nişansız məzaram, torpağam mən də,Növrəstə cavanlar düşür kəməndə,Hayıf edir nahaq qanlar aparır.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-aparir-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsınYa rəb, kərəm et, ol büti-məhparə qayıtsın,Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.
Dənizin cinayətiGörməyə gəldik səni biz uzaq ölkələrdən,Aman, ey Qara dəniz! Bu tatlı görkəmlə sən
Bu, xətmi-nüsxə bir mö’cizdür ol xətmi risalətdənSaqi, qanı badeyi-rəhiqin,Gündüz yarın, gecə rəfiqin.