Ləhzədə ləl eylər insan həyatı,Lütfü kərəm olub gələsən gərək.Labətdən, lətfədən ləzzət götürüb,Sözünü dinləyib biləsən gərək.

Al geyən, şal geyən məxluqi-nisar,Layiqin, qüdrətin mərfətdən alar,Laqeyid, laqeyrət lənidə qalar,«Laməhla lahəni» biləsən gərək.

Aşıq Vəli, çünki düşdün bala sən,Bax zənbura, qulluq eylə bala sən,Bəzmi dolan, behcət eylə bala sən,Yekbəyek güldürüb güləsən gərək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets