Eylər-eylər
Xeyri-şəri nə var pünhanü aşkar,Gah acı, gah şirin dil eylər-eylər.Pozulmaz əbədi bir mizanı var,Sanyəni böyüdər il eylər-eylər.
Gədanı şah edər, şahı bir gədə,Yaxşını, yamanı seçər cümlədə,Nəzərin əyərsə, tək bir ləhzədə,Dəstində zər olsa, gil eylər-eylər.
Aləmi laləzar, bir böyük bazar,Bir yanda gur yanar, bir yanda buzlar,Bir yanda nizamlar, bir yanda pozar,Bir yanda bəm sazı, zil eylər-eylər.
Bir yan dağa baxar, bir yan arana,Bir yan həqiqətdi, bir yan əfsana,Bir yanda şənlikdi, bir yan virana,Bir yanda dəryalar lil eylər-eylər.
Bir yandan boşalar, bir yandan dolar,Bir yandan açılar, bir yandan solar,Bir yan şadimandı, bir yan qan olar,Bir yanda şeşpəri mil eylər-eylər.
Bir mehri ülfətin məhəbbətindən,Bahar təranəsi təbiətindən,Aləmlər sərvəri öz qüdrətindən,Günəşin gücündən gül eylər-eylər.
Ey Miskinli Vəli, etmə günahı,Haqqın dərgahında doğru tut rahı,Dərdinə dərmanı şahların şahı,Qəlbindən qaranı sil eylər-eylər.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-eyler-eyler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
İki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
Ey üzün "nəsrün-minəllah", vey saçın "fəthün-qərib"Thou whose Face is 'Aid from God!' O thou whose Hair is 'Victory near!'Thou the Merciful in human Form! thou angel-visage dear!
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Səndə, ey Qafqaz, ey gözəl gülzarƏlibəy Hüseynzadə hazrathrinin Qafqasiyada mühacirəti münasibatilə təhəssürat*Səndə, ey Qafqaz, ey gözəl gülzar,