Qalır ildən-ilə ərməğan kimi,Uca Şah dağında qar bizim eldə.Laçınlar havada şikarın alır,Qoymur oylağına sar bizim eldə.

Şux tərlan oylağı Şınıx dərəsi,Qanlı dağla Qala kəndin bərəsi,Koroğlu nərəsi, Cavanşir dəsi,Sazəndə, xanəndə, tar bizim eldə.

Baxan heyran qalır Şəmkir çayına,Hüsnü-təbiətin qüdrət payına,Bir kamil bağbanın haqqı sayına,Qonmur gül üstünə xar bizim eldə.

Yazda yaşıllanır Şamlıq meşəsi,Baxdıqca açılır könül şüşəsi,Açır qızılgülü, tər bənövşəsi,Dərir, dəstə tutur yar bizim eldə.

Cənnətə bənzəyir meyvəli bağı,Çobandağ, Əyrəmçə, Mahı yaylağı,Şərbət kimi daşdan çıxan bulağı,

Olur sinəsindən car bizim eldə.

Miskinli Vəliyəm deyim təhrini,Necə təsvir edim eşqin bəhrini,Məcnun olur çəkən Leyli qəhrini,Sevən ağ sinədə nar bizim eldə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love