Gözəllik
Ana vətənimdə daim qalacaq,Əllidə gözəllik, yüzdə gözəllik.Sağlam canda şadlıq, şənlik olacaq,Ürəkdə gözəllik, üzdə gözəllik.
Birliyin gücüdür vətənin canı,Qüdrəti, qüvvəti, şöhrəti-şanı,Yazıb-yaradanın qalır nişanı,Tarixdə gözəllik, izdə gözəllik.
Əmək sevən əkir, səpir, bitirir,Bəsləyir, becərir, məhsul götürür,Ata-ana, bir də elmi yetirir,Oğlanda gözəllik, qızda gözəllik.
Alimin gücünə alim mat qalır,Araz Kür çayından suyunu alır.Sonsuz səhralarda bağ, bostan salır,Ağ qızıl gül açır düzdə gözəllik.
Miskinli Vəliyəm baxıb görməyə,Bir bağ salıb bəhri-barın dərməyə,Elmə, insanlığa ziynət verməyə,Şe’riyyət çox verir, söz də gözəllik.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-gozellik
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Dənizsahilində dayanmışam tək,Ani tənhalıqdan sıxıldı ürək.
Stalinin öldüyü gün( 5 Mart 1953 )*Məktəbə bir radyo gətirmişdilər
Mən göz yaşlarına dözə bilmirəm...Mən göz yaşlarına dözə bilmirəm.İllah da qocayla uşaq ağlasın.
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.