Ömür keçər bir şığıyan ulduztək,Sanyə nədi, saat nədi, il nədi?Cavab verməz yüz min sözün birinə,Nitq nədi, dodaq nədi, dil nədi?

Kimlər bu dünyadan şad olar gedər?Tarixə nəqş olan ad olar gedər,Cəmi məxluqata yad olar gedər,Qohum nədi, qardaş nədi, el nədi?

Miskinli Vəliyəm düşdüm azara,Təbibdən dərdimə olmadı çara,Qəssal yudu, tez qoydular məzara,

İsti nədi, soyuq nədi, yel nədi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets