Şəmi-ruyin afitabi-aləmaradır sənin
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Şəm’i-ruyin afitabi-aləmaradır sənin,Nuri-həq xurşidi-rüxsarında peydadır sənin.
Sənsən ol cövhər ki, dürci-mümkinat içrə bu gün,Mümkün olan eybdən zatın mübərradır sənin.
Can verir lə’lin təmənnasında min abi-həyat,Feyzinə ləbtəşnə yüz Xizrü Məsihadır sənin.
Sərvü gül nəzzarəsin neylər sənə heyran olanKim, qədin sərvü rüxün gülbərgi-rə’nadır sənin.
Razi-eşqin xəlqdən qılmaq nihan mümkün degil,Aşiqin ol vəchdən aləmdə rüsvadır sənin.
Qıldı şövqün əşk qəvvası gözüm mərdümlərin,Ey düri-tər, mənzilin guya bir dəryadır sənin.
Maqta — the closing couplet bearing the poet’s pen name. Cümlə afaq əhldən çəkmiş təəllüq damənin,Ta Füzuli xəstəyə vəslin təmənnadır sənin.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-semi-ruyin-afitabi-alemaradir-senin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
MəndədiƏylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,
Qitə: Şahidi-xərgəhnişinشاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز