Üzünü güzgüyə qeybətdə oxşadan qafil,Toxunsa üz-üzə olmazmı ara yerdə xəcil.

Buraq niqab ki, bilsin kəmali-sün’i görüb,Firiştə xilqəti-Adəmdə şübhəsin batil.

Hədisi-vəhyvəşin zaye’ etmə əğyarə,Rəvamıdır, edəsən qədrin ayətin nazil.

Hərimi-kuyini göstər nümunə, eylə səvabKim, ola cənnət içün xəlq taətə mail.

Səni qoyub, bütə eylər ibadətin kafir,Əzabi-duzəxə ol vəchdən olur qabil.

Həkimə nəfyi-qiyamət xətasını bildir,Qiyam göstər ona, e’tiqadın et zail.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qərəz Füzuliyə ancaq əlində ölməkdir,Vəli məhaldır ol həm, sən olıcaq qatil.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets