Ta ki, taği-zərnigarın çərx viran eyləmiş
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ta ki, taği-zərnigarın çərx viran eyləmiş,Xişti-zərrinin səba fərşi-gülüstan eyləmiş.
Katibi-təqdir xətti-səbzə təhrir etməyəLövhi-gülzari xəzan bərgi zərəfşan eyləmiş.
Qət’ edib fəsli-xəzan abi-rəvan şirazəsin,Nüsxeyi-gülzarın övraqın pərişan eyləmiş.
Dövr cövrün gör ki, nüzhətgahi-əhli-zövq ikən,Cuybari-gülşəni zənciri-zindan eyləmiş.
Eyləmiş tədbiri-təşvişi-xəzan taracınınLalə, rəngin rəxtini dağ içrə pünhan elyəmiş.
Ruzigarın tirə, bəxtin qarə, nitqin lal edib,Matəmi-gül bülbüli zağ ilə yeksan eyləmiş.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, dəhr halın şaxi-güldən qıl qiyasKim, verib əvvəl təcəmmül, sonra üryan eyləmiş.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-ta-ki-tagi-zernigarin-cerx-viran-eylemis
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Uçub gedək, bu yuvadaKimlər məskən salır – salsın.
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
GözəlArif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
Səndə, ey Qafqaz, ey gözəl gülzarƏlibəy Hüseynzadə hazrathrinin Qafqasiyada mühacirəti münasibatilə təhəssürat*Səndə, ey Qafqaz, ey gözəl gülzar,