Müşkülləri həll eyləyənYetiş dada ağa, gəl.Qədəminə can qurbandı,Sərimdə sadağa gəl.Yerin göyün pərgarısanİki aləm günəşi.Gündüzüm zülmətə döndüBir işıq salmağa gəl.

Ədalətsiz yağı eylərDünyanı zindan mənə.

Asır, kəsir zoru olanİsbat olub qan mənə.Zalım pozur həyatımıZülmətdi hər yan mənə.Mürvət eylə aç qapınıGünahsız dustağa gəl.

Miskinli Aşıq VəliyəmEy qibləgahım mənim.Qurtar zalımlar əlindənSən ol pənahım mənim.Zərrə qədər bax bu işdəYoxdur günahım mənim.Fitnə verib ev yıxandanQisasım almağa gəl.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets