«Bey» bismillah əzbərimdi«Xey» Xudadan, ya Əli.Ən ibtida gəldi nidaƏrş-əladan, ya Əli.Lövhi-qələm badi-əsərOldu dünya yox ikən.Bir Cəbrail qalxdı göyəTək dəryadan, ya Əli.

Həlli ə’la, mayi abkəZülmətdəndi pərdəsi.«Sey» sirridi səda gəldiCəbrail çəkdi bəsi.Həqiqəti biləmmədi

Tərsə düşdü kəlməsi.Alışdı, yandı şahpəriOldu fərman, ya Əli.

Hər cümlədə tə’rif edirQur’anda ayət səni.Cəm aləmdən, ənbiyadanYazır əsil zat səni.Həbib özü təşbeh qıldıBir ayrı büsat səni.Zahirində təvəllüdsənSirri-sübhan, ya Əli.

Yandı şahpər, endi suyaNələr gətdi yadına.Bir xoş kəlam, verdi salamYetirdi muradına.Hax-talanın özü dedi: İrəhmət ustadına.Hər tərəfdən səda gəldi «Əhsən, əhsən, ya Əli».

Əslim eymir, Miskin VəliVar, nihanda günahım.Hər ayədə, hər kəlmədəGöstəribsən irahım.Puli-sirat, hax divandaSən ol mənim pənahım.Vali sənsən, vəkil sənsənŞiri-yəzdan, ya Əli.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets