Gəlmədin
(Miskinli Vəlinin Aşıq Şəmşirə məktubu)
Şəmşir qardaş, xeyli keçdi aradan,İlqar verdin bizim elə gəlmədin.Sən təbibsən, mən xəstəyəm yaralı,Səbəb nə oldu ki, belə gəlmədin.
May ayında söz vermişdin sən qəti,Gəlmədin, səbəb də yazmadın nədi?Ağır elim yollarını gözlədi,İntizarım bilə-bilə gəlmədin.
Dostun, qohumların xoş xidmətinə,İbtida görüşün məhəbbətinə,Baba torpağının ziyarətinə,Məclisimə gülə-gülə gəlmədin.
Uca dağlar başı qara bağlıdı,Ağır ellər dövlət-vara bağlıdı,Yaxşı insan düz ilqara bağlıdı,Məni tutdun şirin dilə gəlmədin.
Sənətkar elindən üzərmi əli?Eldir onun varı, axrı-əzəli,Yolunu gözləyir Miskinli Vəli,Aya söz vermişdin, ilə gəlmədin.Aşıq Şəmşirdən bu şeirə cavab gəlmir,İkinci məktubda Miskinli Vəli yazır:
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-gelmedin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Səni hər görəndə uçur xəyalım,Yadıma ən gözəl bir dövran gəlir.
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
VətənKalvayı Məhəmməd ağa, gördü düşüb dara vətən,Kömək yoxdu, arxa yoxdu, qalıb baxtı qara vətən,
GünüdüQəm-qəsavət bu gün başa vuruldu,Ağlayalım, ayrılığın günüdü.