Eşqin göllərini çalxanıb üzən,
Sənsən yaşılbaşlı sona, sevdiyim.
Nədir qəsd eyləyib bağrımı əzən,
O süzgün baxmağın yana, sevdiyim.

Könlüm sevdi səntək mina gərdəni,
Eşqin atəşinə yandırma məni.
Məhəbbət odunun nədir dərməni,
Qəsd eyləmə şirin cana, sevdiyim.

Göz götürməm yanağından, xalından,
Gül bənövşə ətir verir telindən.
Mərhəmətli gözəl, nəzik əlindən,
Ver Vəliyə bir nişana, sevdiyim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets