İnsanların növlərini,Düşündükcə gülməlidi.Bir el üçün hesab çəkən,Öz adını bilməlidi.

Titrətməyən, üşütməyən,Yıxılarmı huş itməyən,Böyük, kiçik eşitməyən,Dar qapıya gəlməlidi.

Paltarını geyənməyən,Cümləni düz deyənməyən,Cəmiyyəti bəyənməyən,Gözlərini silməlidi.

Söküb, yeyib doymayanın,Xalqa hörmət qoymayanın,Heç bir kəsi saymayanın,El gözünü dəlməlidi.

Axtarmayan, aramayan,Telini düz daramayan,Xeyrə, şerə yaramayan,Bir dəfəlik ölməlidi.

Qazan ki, qaynadı, bişdi,Yeməyin vaxtı yetişdi,Çömçə gəldi kimə düşdü,Payı düzgün bölməlidi.

Vəli baxır hesabına,Deyir, yazır kitabına,Kim nə töksə öz qabına,Qaşığına gəlməlidi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland