Bu xalq yeddi yerdən zavala gəldi,Bu xalqın danışan dili olmadım.Bu xalqın başına min bəla gəldi,Mən ki, dözüb durdum, dəli olmadım,-Mən şair deyiləm, atam-qardaşımm.

Nə günə qoydular torpağı, daşı,Məliyi düşməndi Beyrəkərinə.Neçəki, verilib bu xalqın başıBu xalqın ağıldan seyrəklərinə,Mən şair deyiləm, atam-qardaşımm.

Yazdığım nə varsa bibərdi, qorxma,Ölümdü ömrümün sonundakı qəm.O gülü, bülbülü gözümə soxmaMən güldən, bülbüldən yaza bilmirəm,-Mən şair deyiləm, atam-qardaşımm.

Qardaşın evində qardaş qəribdir,Sözümdən güc almaz yetim-yesirlər.Görünür, Allah da üz döndəribdir,Haçandı açılmır üzümə sirlər,-Mən şair deyiləm, atam-qardaşım.

Dilimdən çıxanlar təzə-tər deyil,Kim aşiq olası qara qaşıma?!Hər adı Məhəmməd-peyğəmbər deyil,Adıma aldanıb dönmə başıma,Dönmə, pir deyiləm, atam-qardaşım,Mən şair deyiləm, atam-qardaşımm.

Vətən tikə-tikə, parça-parçasa,Ömür deyilənin sonu borcasa.Yuxuya gedibsə içimdə qiyam,Dərənin axmağı, çölün dəlisi,Elin ifləməsi və nəsi, nəsi,Bir də lap inciyim, nə desən, oyam, -Mən şair deyiləm, atam-qardaşımm.

Əllərim lazımsa, apar əlimi,Gözlərim lazımsa, çıxar gözümü.Ağlında bir kəlmə sözüm qalıbsa,Sən Allah özümə qaytar sözümü,-Mən şair deyiləm, atam-qardaşımm.

Bircə nəfəsindən gələn baharın,O ağac dil açdı, bu daş gül açdı.Gör nəcə dikəlib içindən qarınŞair bu ağacdı, şair bu daşdı,-Mən şair deyiləm, atam-qardaşımm.

Halından çıxarıb insanı hədə,Boş qalan yurdlarda ulaşır itlər.Şair Qarabağda, şair Göyçədə,Canını el üçün verən şəhidlər,-Mən şair deyiləm, atam-qardaşımm.

İlğımdı sabahdan əl edən şöhrət,Şöhrətin dalbadal çıxan kitabsa,Susmağı öyrədən, dinməyi öyrət,Goy deyim, şairlik düz etirafsa,-Mən şair deyiləm, atam-qardaşımm.

Kim açıb, açılan bu nə bazardı,Kim qaldı, kim aldı, satdı, nə bilim?Hamının canına düşən azardı,Addı, mükafatdı,zaddı, nə bilim?Mən şair deyiləm, atam-qardaşımm.

Qısmətim ilahi nurdan demədi,Nəfsim qayğıların tələb meydanı.El məni özünə qurban demədi,Yolumu gözləməz Hələb meydanı,-Mən şair deyiləm, atam-qardaşımm.

Ucuz qayğılara qarışdı başım,Kəmfürsət baxtımın qulağı karmı?Mən şair deyiləm, atam-qardaşım,Öyrən gör bu günün şairi varmı?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland