Bu külək hayandan əsir,Hardan gəlir bu hənir?Ürəyimdən keçən fikir-Budağında səslənir.

Yarpaqların yoxsa duyur,Könlümdəki “bəlkə”ni?Dən gəzən toyuq oxuyurDibindəki kölgəni...

Nə istəkdi, nə ehtiyacBir vaht ağlımı azmışdım.Mənim adım hanı ağacOnu köksünə gazmışdım?

Bəlkə tale acıxıbdıO uzaq-puç ildə mənə.Adım yadımdan çıxıbdı,Adımı pıçılda mənə.

-Qazdın, sinəmə dağ çekdin,Yazdın, adına ağladım.Sən üstümə bıçaq çəkdinMən onu alıb saxladım.

Unutdun adın nə idi?Böyüdü, yaram sağaldı.Böyüdüm, adın böyüdüAcı çəkmək mənə qaldı.

Bir də ki, mənə nə bundanBir zaman adın vardısa.Alıb dilimin ucundanZaman onu apardısa?

Neçə yol baxdım yaxındanKönül yara M.İsmayıldı.Qaysaqlamış dodağımdanQopub dünyaya yayıldı.

Oxundu bəlkə min kərəMən onu öz adım saydım.Onu verdim küləklərəMən onu düyaya yaydım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets