Gözdən çıxarılan...
Dönüb mayasına qəpik, quruşun,Dəyərə minəndə sürtülmüş dəmir.Gülləyə çevrilmək istəmir qurşun,Ağac, dar ağacı olmaq istəmir.
Adəmdən, Havvadan qalan mirasdan,Payımıza düşən beş qarış qəbir,Bəlkə də kim bilir bu etirazdanLülə gülləsini geriyə təpir.
Bu dünya Tanrının sirr məktəbidiSəs çıxmaz dilinə düşən düyündən.Bəlkə göbək bağı edam ipidi,Asılıb dünyaya gəldiyin gündən.
Xoşunamı seçir qürbəti qərib,Boşunamı yağır Allahın qarı;Baxtına bağlanan bir görünməz ip,Səni arxasınca çəkib aparır..
Zamanla yarışda hər damla bir an,İstək mənzilinə gedib çatır su;Quru bir ağacın keçib canından,Yaşıl bir yarpağa dönəndə arzu..
Nədən dodaqlarda soyuyur adınKöhnəlik əlini çəkir sənə də ,Nədən dəyərini dəyişmir altın,Bir şeylər yanlışdı bu ənənədə...
Qocalıq yaşanmaz uzaq, yad ölkə,Quruyub qaxaca dönən bədəndi.Ömrün uşaqlığı vətəndi bəlkə,Sonra əlimizdən çıxan vətəndi...
Kim idin?Sən kimi xatırladırdın,Hər kəsin axırı bir quru addı.Əvvəl tikan olub gözə batırdın,Sonra vətən səni gözdən çıxartdı...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-gozden-cixarilan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məni bir qaşı kəman oxladı müjganı ilə,Atdı bir ox ki yarar könlümü peykanı ilə.
Sizə mən neyləmişəmBaşıma zülf qoyub saqqalı yoldurmamışam,Xəlqdən rüşvət alıb kisəmi doldurmamışam,
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.