Şeytan əməli var səndə, ya məndə,Qədim sahibiyik hansı günahın.Bizə yurd verəndə, yuva seçəndəQalıb arxasınca gözü Allahın.

İnamı atüstü, ümidi kövrək,Nə verib, bir azca yarımçıq verib.Keçəlin saçı tək sevinci seyrək,Təpəlin qaşı tək qəmı sıx verib.

Dünyaya gələli qovğalı baş da,Başının altına balınc da verib.Bir köynək aralı ögey qardaş da,Qardaşın əlinə qılınç da verib.

Verib yer üzünə xəstə gəlməyi,Bir az asta qadəm, bir az utancaq.Haçandı unudub üstə gəlməyi,Bölməyi, çıxmağı bacarır ancaq.

Min ildi açılmır eynimız nədən,Daha bölünməkdən gəlmişik cana.Tərs kimi adın da bölünür,Vətən,Bölünür Azərə, bir də Baycana.

Çoxu yelçəkənə oxşadıb səni,Şimaldan Cənuba çoxu taptadı.Ayırıb Təbrizi, bölüb Göycəni,İndi də Qarabağ haqq-həsabdadır.

Başını aldadıb elin, obanın,Qədim kədərinə üz çəkirik biz.

Uzaq əsirlərdən hansı babanınQalan cəzasıdır, biz çəkirik, biz.

Bir günah işləyib hər gələn nadan,El-oba boğulur içində yasın.Allah da boylanıb baxır ucadan,Baxır, bağışlasın, bağışlamasın.

Amma bağışlamır suçu heç kimə,Aradan nə qədər fasilə keçir.Günah yuyulmursa yaşayır demə,Yaşayıb nəsildən nəsilə keçir.

Nə edək, bir elin günahı varsa,Ya bizi yox elə, ya bizə gün ver.Allah, o günahı qurban yuyarsa,Qurbanın mən olum, mənə ölüm ver.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland