Vidalaşaq, a dostlarım,Vaxtı gələn can belədi.Gedəcək gəlməz səfərə,Bu çərxi-dövran belədi.

Düşündükcə əsirləri,Gələn-gedən nəsilləri,Lal olmuş şirin dilləri,Natiqi imran belədi.

Vəli görüb pərvanalar,Qaydadı oda yanalar,Ağlayar dərdli analar,Halı-pərişan belədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate