Yetgin Qəşəmlə (Qəşəm Məmmədov) deyişmə – I
Qəşəm
Həqiqətdən, mərifətdən, kamaldan
Dərs alana bir nişana qulam mən.
Dərsi azdan, müxənnəsdən, nadannan
Nə anlaram sürfəsində qalam mən?
Vəli
Çox düşünüb az danışan dünyada
Həddini anlayan şux kamalam mən.
Dosta məhəbbətim həddən ziyada,
Təmiz, tərbiyəli, saf xəyalam mən.
Qəşəm
Dünya şöhrətidi zəkalı xəyal,
Dolanır cahanı həqiqət misal
Xoş olar əhli-dil eyləsə vüsal,
Düşünmə arada qeylü-qalam mən.
Vəli
Ağır ellər gəzən fani dünyada,
Nəfsin, özün aldatmayan arada,
Meyli, məhəbbəti bir təmiz ada
Həqiqət aşiqi, pak, halalam mən.
Qəşəm
Alim məclisində olanda bəzək
Səxavət evinə olmalı dirək,
İzin ver dostluqda meydana girək
Sədaqət elmində pürkamalam mən.
Vəli
Ellər aşiqidi şənliyin, varın
Torpağa can verən təmiz suların,
İnsanlıq elmini çox qananların
Zəndinə, zehninə bir zülalam mən.
Qəşəm
Əzəldən sevirəm mərd insanları,
Elmi, həqiqəti düz qananları
Torpaq köksə çəkir necə canları
Ədalət duyğulu bir sualam mən.
Vəli
Aşıq oldum düşdüm eşqi həvəsə,
Haqlı el içində saldılar səsə,
Keçdim dildən-dilə, qarışdım dəsə,
Yazıldım tarixə, xoş iqbalam mən.
Qəşəm
Həyat bir dastandır söylənməz, bitkin
Ədəm pərdəsində sayılmır itkin,
Öz adım Qəşəmdir, ləqəbim Yetkin,
Əslim göyçəlidir, əhli-halam mən.
Vəli
Miskinli Vəliyəm haqqı baratdan,
İlhamı havadan, abi-həyatdan,
Həqiqəti sevən kamil ustaddan
Varlıq alimindən dərsim alam mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-yetgin-qesemle-qesem-memmedov-deyisme-i
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Hələ ki, bizim dilimizdəBizdən də yaxşı danışır
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Şiələr, qanə batıb ol şəhi-lövlak bu günŞiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.
Səttar möcüzəsiŞəninə hər yerdə tərif, söz olub,Rəqibin az olub desəm düz olmaz.