Ola bilməz
Dəllal yüz dil tökə sərraf tanıyar,Qızıl qiymətinə gil ola bilməz.Əyridə həqiqət, səyridə diqqət,Səfikdə sədaqət, bil, ola bilməz.
Sazım əldən düşüb pas tutsa simi,Sönməz alovlara yaxar qəlbimi,Hər çala-çuxurda bir dərya kimi,Sinəsi sərvətli göl ola bilməz.
Duz-çörək tamını bilməyən nadan,Soraqsız, çıraqsız gedər dünyadan,Himar köhlən olmaz, keçi gərgədan,Qatır boy atmaqla fil ola bilməz.
Dünyada bir iz sal, ürəklərdə qal,Zəhmətdən zövqün al, qüdrətdən ucal,Xaində doğru hal, zaildə kamal,Naqisdə dürr tökən dil ola bilməz.
Vəli, de, yaz, yarat, onu yəqin bil,İtirməz qiymətin keçsə, yüz min il,Ala qarğa laçın, boz sərçə bülbül,Hər kol çiçək açsa, gül ola bilməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-ola-bilmez
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül
İnciməsinDedim, könül, nə düşübsən həvəsdən,Şamama dərərəm, tağ inciməsin.
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.