Dad əlindən
Harda olsa pis qonşunun,Dad əlindən, dad əlindən.Görən, bilən deyər onun,Dad əlindən, dad əlindən.
Qanmazı dağın, aranın,Yol kəsən üzüqaranın,Qan-qalmaqal axtaranın,Dad əlindən, dad əlindən.
Oğru qızın, küp qarının,Utanmazın, aşarının,Həyasızın, haşarının,Dad əlindən, dad əlindən.
Bağlayan bəndin, bərənin,Xeyri şərə döndərənin,Dolu paylar əndərənin,Dad əlindən, dad əlindən.
Xatası var kəlməsinin,Qan-qadalı cümləsinin,Yer üzündə beləsinin,Dad əlindən, dad əlindən.
Harda olsa mərdimazar,Başqasına quyu qazar,Çox çətindir belə azar,Dad əlindən, dad əlindən.
Yalançı, qarayaxanın,Döyülüb işdən çıxanın,Su bağlayıb ev yıxanın,
Dad əlindən, dad əlindən.
Dadanan hazır yeməyə,Birliyə getməz köməyə,Canı çıxar işləməyə,Dad əlindən, dad əlindən.
Haqqı deyər Aşıq Vəli,Düzəlməsə əyri əli,Silək, ataq bədəməli,Dad əlindən, dad əlindən.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-dad-elinden
Use ← → keys to move, R for a random poem