Qəzəbindən qəhr eyləyər,
Yeli gözlə-gözlə sən.
Öz canını vermə suya,
Seli gözlə-gözlə sən.
İblis ilə yoldaş olma,
Nəfsinə qadağa ver.
Başına bəla gətirər,
Dili gözlə-gözlə sən.

Diqqət yetir həqiqətə,
Hörmət eylə hörmətə.
Hörmət səni yetirəcək,
Ada-sana, şöhrətə.
Naşı, nadan hədyan desə,
Sərraf almaz qiymətə.
Yaxşı saxla öz dəstində,
Ləli gözlə-gözlə sən.

Əmək bəhri əldə edir,
Hər neməti dünyada,

Həm yaxşı yaz, yaxşı yarat,
Yatma qəti dünyada.
Çalış qazan könüllərdən
Məhəbbəti dünyada.
Görən desin hər sözünə,

  • Bəli-, gözlə-gözlə sən.

Naxış tutsa, zər gətirsə,
Sən olarsan bəxtiyar.
Yaxşı, yaman nə iş tutsan,
Söylənər diyar-diyar.
Bu aləmdə hökmün olsa,
Əldə varkən ixtiyar.
Öz xalqına hörmət eylə,
Eli gözlə-gözlə sən.

Mərifətli, məlahətli,
Söyləsin dillər səni.
Qoy öyrənsin, əzbər etsin,
Bülbüllər, güllər səni.
Nəslin Eymir, Miskinlidə,
Yetirib ellər səni.
Qədir bil, əmək itirmə,
Vəli gözlə-gözlə sən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets