Bir dəm yuvasında yatar,Bir dəm qanad çalar könül.Bir dəm qəm-qüssəyə batar,Bir dəm şikar alar könül.

Bir dəm qalxar ucalara,Bir dəm düşər ahu-zara,Bir dəm sığal verər yara,Bir dəm oda qalar könül.

Bir dəm yelə mehman olar,Bir dəm dönər yaman olar,Bir dəm çiskin, duman olar,Bir dəm eşqə dolar könül.

Bir dəm baxar yar yoluna,

Bir dəm qol salar qoluna,Bir dəm yanar dost halına,Bir dəm tədbir bular könül.

Bir dəm yazılar dəftərə,Bir dəm oxunar əzbərə,Bir dəm qaldırar göylərə,Bir dəm yerə salar könül.

Bir dəm olur yekəxana,Bir dəm insandı insana,Bir dəm nur saçır cahana,Bir dəm qəmə dalar könül.

Bir dəm xidmət eylər elə,Bir dəm düşər dildən-dilə,Bir dəm Vəli gedər belə,Bir dəm torpaq olar könül.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets