Mən
Nazlı dilbər sənin adın,Şirin-şirin anıram mən.Eşqinə pərvanə olub,Başına dolanıram mən.
Sevirəm ala gözünü,Canımdan artıq özünü,Gizlədirəm sirr sözünü,Seyraqubdan danıram mən.
Vəli deyər bu dünyada,Ləkə vurma təmiz ada,Məhəbbətə, xoş murada,İlqara inanıram mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-men
Use ← → keys to move, R for a random poem