Qoynunda-qoynunda
Qırx beş ildi mən aşığam,Ellər qoynunda-qoynunda.Dodaqlara yaraşığam,Dillər qoynunda-qoynunda.
Sevilirəm, istənirəm,Ucalıram, səslənirəm,Bülbül kimi bəslənirəm,Güllər qoynunda-qoynunda.
Hökmü olan versə əmir,Başa kimi mənəm demir,Gəlir, keçir, gedir ömür,İllər qoynunda-qoynunda.
Dağ başını duman alır,Şirin canı dərdə salır,Yaşılbaşlı sonam qalır,Göllər qoynunda-qoynunda.
Gələn gələr, baxar gedər,Can odlara yaxar gedər,Vəli düşər axar gedər,Sellər qoynunda-qoynunda.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-qoynunda-qoynunda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Yadıma düşdüAşıq, qış qurtardı, il təzələndi,Təbrizin baharı yadıma düşdü.
اهل دل در هوس عشق تو سرگردانندزاهدان شیوۀ این طایفه کمتر دانند