Yüküm
Həqiqətdən söhbət açım,Gör nə xəbərdir yüküm.Mehri ülfətdən yaranan,Bir müqərrərdir yüküm.Yer üzündə qalaq-qalaq,Ağır qəmlərdir yüküm.Xoş baharın töhfəsindən,Tər çiçəklərdir yüküm.
El içində ad gətirdi,
Yazdığım dastan mənə.Eşidənlər əhsən dedi,Hər bir tərəfdən mənə.Bəxş olunan nur kamaldı,Ləli bədəxşan mənə.Günəş kimi şölə verir,Zərrəsi zərdir yüküm.
Əslim Eymir Aşıq Vəli,Gözüm yatmaz dünyada.Həqiqətə bəli deyən,Dostu satmaz dünyada.Yaxşı, təmiz ad qazanan,İtib-batmaz dünyada.Günbəgündən ucalacaq,Ölməz əsərdir yüküm.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-yukum
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
"Anamın kitabı"Böyük əməlpərvər, böyük vətəndaşC. Məmmədquluzadənin əziz xatirəsinə
Cəfərqulu xanın Mirzə Əbülqasım Qazini həcv etməsiƏla, ey munisi-dirinə qazi,Yetirdin sinnini sittinə, qazi.
GördümQarlı dağlar aşdığın varmı,Ac qurdlarla ulaşdığın varmı,